Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Aktual / Sərdar Cəlaloğlu: “REAL-ın nə ideologiyası, nə proqramı, nə də siyasi xətti bəlli deyil”

Sərdar Cəlaloğlu: “REAL-ın nə ideologiyası, nə proqramı, nə də siyasi xətti bəlli deyil”

ADP sədri Sərdar Cəlaloğlu REAL Partiyasının sədri İlqar Məmmədov barədə növbəti dəfə tənqidi fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayıma qonaq olan S.Cəlaloğlu öncə onun həbsinin nə demək olduğunu və partiyasının durumunu anladığını bildirib.

Onun sözlərinə görə, İ.Məmmədovun cəmiyyətin xilaskarı, müxalifətin güc mərkəzi, ana müxalifət kimi təqdim edilməsinin əleyhinədir: “Real Partiyası hələ siyası təşəkkül mərhələsindədir. Partiyanın nə ideologiyası, nə proqramı, nə də siyasi xətti cəmiyyətə bəlli deyil. Birdən-birə bəziləri qəsdən, bəziləri də bilməyərəkdən İlqar bəyi Azərbaycan xalqının xilaskarı, REAL-ı da Azərbaycanda yeganə güc mərkəzi kimi təqdim edirlər. Bundan sonra nə baş verir? Cəmiyyət İlqar bəydən hansısa ciddi siyasi qərarlar, REAL partiyasından isə hansısa ciddi siyasi addımlar gözləyir. Amma biz bilirik ki, nə İlqar bəyin belə ciddi siyasi qərarlar qəbul etmək imkanı var, nə də REAL Pariyasının indiki siyasi situasiyada belə ciddi siyasi hərəkət etmək imkanı var. Bu halda belə durum İlqar bəyin öz əleyhinə işləməyə başlayır. Sosial şəbəkədə “nəyi gözləyirsən, niyə meydana çıxmırsan” kimi suallar səslənməyə başlayır. Yəni, yanlış təbliğat sonda o yanlış təbliğatı aparan insanlara qarşı yönəldilir”.

S.Cəlaloğlunun sözlərinə görə, İ.Məmmədov real gücünü ortaya qoyanda məlum olur ki, bu güclə ölkədə hansısa ciddi siyasi addımlar atmaq mümkün deyil. Müsahibimiz hesab edir ki, bu baxımdan düşünərək və ya düşünməyərək, İ.Məmmədov və REAL partiyası yersiz yüklənib və o yüklənmənin qarşısında isə bunların gücü yoxdur: “İlqar Məmmədiov Etibar Məmmədovun xarici əlaqələr üzrə müavini olub. AMİP-in də Azərbaycan siyasətində hansı rolu oynadığını hamımız bilirik. İlqar Məmmədovun da həbsi İsmayıllıda oldu. Yoxsa ki, İlqar bəy Bakının mərkəzində hansısa aksiya keçirərək həbs olunmayıb. İlqar bəyi yaxşı tanıyıram, ağlına, potensialına bələdəm. Yüzlərlə İlqar bəy gəlməlidir ki, hərəkat canlansın”.

Müsahibimiz eyni zamanda İ.Məmmədovdan siyasi lider düzəldilməsinin də əleyhinədir. O, dedi ki, özü 4 dəfə tutulub: “Mən də həbsdə olmuşam. İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı və Əli Kərimli də yatıb. Biz həbsxanaya düşdük, lider olmadıq, amma İlqar Məmmədov həbs olundu, dərhal lidermi oldu?”

VIPedu.BIZ

Həmçinin oxuyun

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi – VİDEO

Erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağa qanunsuz səfərlər edən və buna görə Azərbaycan tərəfindən arzuolunmaz …