Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Sərəncam: 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə ilkin olaraq 5 milyon manat ayrılıb

Sərəncam: 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə ilkin olaraq 5 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də “2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Həmçinin oxuyun

Bakıda müəllim şagirdi vuraraq hədələyib – Şikayəti polis araşdırır (FOTO)

Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır. “Report”un xəbərinə görə, Binəqədi rayon sakini Şahin …