Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Sən kimsən ki, söyüş söyürsən…” – Sənətçilər Nadir haqda

“Sən kimsən ki, söyüş söyürsən…” – Sənətçilər Nadir haqda

Son günlər müğənni Nadir Qafarzadənin “İnstagram” səhifəsində paylaşımları və şərhləri tənqid hədəfinə tuş gəlib. Sosial şəbəkə istifadəçiləri N.Qafarzadəni insanları təhqir etməkdə günahlandırırlar. Vəziyyət o yerə çatıb ki, müğənni “İnstaqram” səhifəsini bağlayıb.

Günlərdir müzakirə predmetinə çevrilən qalmaqala N.Qafarzadənin sənəd yoldaşları münasibət bildiriblər.

Qafqazinfo” xəbər verir ki, müğənni Aybəniz Haşımova AzVision.az-a açıqlamasında sənət yoldaşına dəstək olduğunu deyib.

“İnsanları təhqir etmək, onlara psixoloji təsir göstərmək olmaz. Bu, intihara gətirib çıxara bilər. Heç kimin haqqı yoxdur ki, qarşıındakı insanı təhqir etsin, alçaltsın. Bu, jurnalist, sənətkar, adi insan da ola bilər. Evdar qadını belə təhqir etsən, günlərin bir günü baş qaldırıb cavabını verəcək.

Nadir də insandır, əsəbləri var, hər bir təhqir insana təsir edir, stress keçirir. İstəmərəm ki, Nadir Qafarzadəni kimsə özündən çıxarsın, o da sevimlilərinin yanında belə vəziyyətə düşsün. Bunu heç kimə arzu emirəm, o cümlədən də Nadir bəyə”.

A.Həşimova insanları mehriban olmağa çağırıb:

“Nadir mədən, kasıblara əl tutan, ürəyitəmiz insandır. Onun təmiz qəlbi var. Belə insanlara hörmət qoymaq lazmdır” .

Müğənni Baloğlan Əşrəfov isə Nadir Qafarzadəni etik normaları qorumağa çağırıb:

“Mən öz həyatımda hörməti, sevilməyi qram -qram qazanmışam. 45 il ərzində xalqın nəzərində, diqqətində qalmışamsa, demək mənim davranışlarım, danışığım yerində olub. Bütün bunların hamısı şərtdir. Müğənni xalq tərəfindən televiziya ekranlarnda, konsertlərdə insanlarla ünsiyyətdə olur və insanlar ona fikir verir. Sənətçi tənqidə də məruz qala bilər. Bu, təbiidir. Tamaşaçılara hörmətlə yanaşmaq lazımdır Hamı bizi sevməyə boclu deyil. Oxuduğum mahnı kiminsə xoşuna gəlməyə də bilər. Bu o demək deyil ki, mən onları təhqir etməliyəm”.

Baloğlan Əşrəfov daha sonra qeyd edib:

“Emosiyaları cilovlamaq lazımdır. Düzdür, təhqirə qarşı robort kimi dayanmaq olmur. Bəzən insan elə vəziyyətə düşür ki özünü saxlaya bilmir. Mənim də başım gəlib, bir dəfə bir söz demişdim. Kimsə mənə aqressiv cavab qaytarmışdı. Onun yerinə xəcalət çəkdim ki, mən niyə bunu dedim, bu insan da belə aqressivlik nümayiş etdirdi.

Nadir Qafarzadəyə demək istərdim ki, sözün varsa, təkbətək görüş. Çağır, söhbət elə. Biz kimik ki, kimisə söyək, ayıbdır. Qarşındakı insan şəxsiyyətsiz olsa da, onu başa salmağın da yolları var . Efirdə, internetdə, mətbuatda xalqın əleyhinə danışmaq olmaz”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın