Cümə , Aprel 19 2024
Ana səhifə / “Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” – Tahir İmanov

“Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” – Tahir İmanov

Əməkdar artist Tahir İmanov bəzi sənətkarları susmaqda ittiham edib. 
Musavat.com-a danışan əməkdar artist Soçidə keçirilən festivalda separatçı erməni komandası ilə bağlı qalmaqalda, erməni əsilli və ermənipərəst müğənnilərin Bakıya gətirilməsi məsələsində susqunluq göstərən sənətkarları kəskin tənqid edib.
Tahir İmanov bu cür sənətkarları simasız və qorxaq adlandırıb: “Sənətkarlarımızın əksəriyyəti simasızdır. Əksəriyyəti, hamısı… O boyda Soso Pavliaşvili ilə bağlı qalmaqal oldu. Şou-biznesdən olanlardan biri də çıxıb bir söz demədi, dəstəkləmədi. Dəstəkləyən bizim klassik musiqimizi təmsil edən, böyük sənətkarlarımız Yalçın Adıgözəlov oldu, hansı ki, onun adı heç vaxt heç bir qalmaqalda hallanmayıb. Onun adını ancaq dünyanın ən böyük səhnələrindən eşitmişik. Daha sonra kim bu məsələyə qiymət verdi, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov… Amma dırnaq arası sənətkarların hamısı bir nəfər kimi susdu. Çünki əksəriyyəti qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın