Çərşənbə , Mart 27 2019
Ana səhifə / Aktual / Şəmsiyyə Bəylərqızı əfv edildi

Şəmsiyyə Bəylərqızı əfv edildi

Azərbaycan prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə əfv olunanlar arasında Şəmsiyyə Bəylərqızı da var.
1972-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı Rzayeva Şəmsiyyə Bəylər qızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. 2013-cü ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Sonradan saxlandığı kamerada Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.
Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsi Ş. Bəylərqızının şikayətini qismən təmin edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi məcəllənin 317.2.1-ci maddəyə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzasını 10 il 3 aya endirib.
Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …