Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Səidə Sultan izləyicilərini də təhqir etdi: “Tərbiyəsiz sizin… ”

Səidə Sultan izləyicilərini də təhqir etdi: “Tərbiyəsiz sizin… ”

Müğənni Səidə Sultanı bu dəfə sosial şəbəkə izləyiciləri özündən çıxarıb. 
Belə ki, müğənni öz “İnstaqram” səhifəsində nənəsi ilə bağlı qalmaqala görə onu təhqir edənlərə təhqirlə cavab verib: “Baxıram sosial şəbəkələrdə mənə təhqir yazan …! Siz xalq deyilsiz, siz xalqın “atxod”larısız! Mənim xalqım mehribandır, insan sevəndir. İki şey məni qıcıqlandırır. “Nənənin üzünə tüpürdü”. Gəlin, məntiqlə fikirləşək. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın “atxod” insanlarının ağzına söz atırsa, o nənənin üzünə tüpürmək yox eee… Azərbaycandan deport etmək lazımdır.
Mənə elə gəlir ki, nəinki mən, heç bir evdə elə ağsaqqalı arzu etməzlər. Kim ki, məni qınayır, Allah onun evinə elə ağsaqqal nəsib etsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Allah böyükdür. Çünki onlar soruşmamış, maraqlanmamış, xəbər verməmiş, namərdlik etdilər. Mən efirdə oynayacam, atdanıb-düşəcəm, əcəb edəcəm. “Tərbiyəsiz” deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar”.
Xatırladaq ki, müğənni Səidə Sultanın 75 yaşlı nənəsi Əminə xanım ATV-də yayımlanan “Ümid var” verilişinə çıxaraq bildirmişdi ki,  müğənninin anası cadu ilə məşğul olub: “Mən ona cadugər dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram”.
Müğənni isə efirdə nənəsinin üzünə tüpürüb, yalan danışdığını bildirmişdi.

Həmçinin oxuyun

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri – Fotolar

25 yanvar Rusiyada Tələbə Günü kimi qeyd olunur. Moskvada təhsil alan ən məşhur azərbaycanlılardan biri …

Bir cavab yazın