Bazar , Oktyabr 17 2021
Ana səhifə / Aktual / Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara uyğun olaraq, Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.

Qərarla yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumların siyahısına Səhiyyə Nazirliyi də əlavə olunub.

Belə ki, bundan sonra nazirliyin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

Xatırladaq ki, bu səlahiyyət əvvəllər də nazirlikdə olub. Amma ötən ilin noyabr ayında Nazirlər Kabinetinin qərarı ilə bu səlahiyyət nazirlikdən alınmışdı.

Həmçinin oxuyun

Prezident əməkhaqları və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi

Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər …