Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Səhiyyə Nazirliyi Səbinə Mirzəyevanın ölümünü təsdiqlədi — YENİLƏNİB

Səhiyyə Nazirliyi Səbinə Mirzəyevanın ölümünü təsdiqlədi — YENİLƏNİB

Tanınmış mama-ginekoloq Səbinə Mirzəyeva vəfat edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən bildirilib. Nazirlikdən daxil olan məlumda qeyd edilib ki, klinikanın baş həkimi ilə əlaqə saxlanılıb və S.Mirzəyevanın ölüm xəbəri təsdiqini tapıb.

Qeyd edək ki, cərrah mama-ginekoloq Dr.Sabina Mirzəyeva 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib. 2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib. 2012-ci ildə Almaniyanın Hamburg şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğum üzrə təhsil proqramı keçib. 17 il iş təcrübəsi nəticəsində mama-ginekologiya sahəsində çoxsaylı cərrahi əməliyyatlar və doğumlar icra edib. Obstetetrik ve Ginekologiyaya aid çoxsaylı konfrans və konqreslərin iştirakçısı olub.

Həkim ailəli olub, iki oğlu yadigar qalıb.

***

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.

“Ölkə.Az” Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib.

Onun sözlərinə görə, həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …