Bazar , Avqust 14 2022
Ana səhifə / Aktual / Şəhidlər dəfn olundu – Fotolar

Şəhidlər dəfn olundu – Fotolar

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib. 

Digər üç şəhid – polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.

Həmçinin oxuyun

“Qaçqınkom”: “Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlanacaq”

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin – qanunsuz məskunlaşdırmanın …