Şənbə , Avqust 13 2022
Ana səhifə / Aktual / Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi

Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi

Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

” Azinforum.az ” xəbər verir ki, ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Həmçinin oxuyun

Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra …