Ana səhifə / Aktual /   ŞƏHİD VALİDEYNLƏRİ BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNDƏN NARAZIDIR – FOTO

  ŞƏHİD VALİDEYNLƏRİ BİNƏQƏDİ İCRA HAKİMİYYƏTİNDƏN NARAZIDIR – FOTO

Aprel döyüşlərində şəhid olan Bağırov Emin İmran  oğlu  və Qurbanov  Fəxrəddin Seyfəddin oğlunun valideynləri Azinforum.az vasitəsilə bəzi şikayətlərinin ölkə rəhbərliyinə çatdırılmasını istəyirlər. Redaksiyamızda olan şəhid vlideynləri bildirdilər ki, onlar doyuşlərdə göstərdikləri şücaətə görə şəhid olan övladlarının  xatirəsinin əbədiləşdirilməsini istəsələr də,  buna nail ola bilmirlər.  

Qeyd edək ki, hər iki şəhid ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü  dərəcəli medalla təltif olunub.  Valideynlərin sözlərinə görə, sakinləri olduqları  Binəqədi rayonunun İcra Hakimiyyətində onlara ovladlarının adının əbədiləşdirilməsinin mümkün olmadğını deyillər. Səbəbi də belə izah olunur ki, bunun üçün şəhidin ikinci medalı da olmalıdır.  Hər iki valideyn iddia edir ki,  övladlarının şəhidliyə qədər də keçdiyi yol onların xatirəsinin əbədiləşdirilməsi üçün tam  əsas  verir.  Bununla bağlı valideynlər hər iki şəhidin idman və ictimai həyatda fərqlənmələrinə dair sənədləri də  redaksiyamıza təqdim ediblər.

 

sh2

 

Şəhid valideynləri ölkə başçısı İlham Əliyev cənablarının şəhidlərlə bağlı verdiyi sərəncamlardan və bu qəbildən olan ailələrə göstərdiyi diqqətdən razı qaldıqlarını ifadə etdilər. Onların sözlərinə görə, təəssüflər olsun ki, yerlərdəki bəzi məmurlar bu göstərişlərdən əmələ gələn və üzərlərinə düşən işləri layiqincə yerinə yetirmirlər.  Valideynlərin şikayətindən belə başa düşülür ki, onların hər ikisinin ciddi sosial problemləri mövcuddur və bununla Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov lazım olan şəkildə maraqlanmır. 

sh3

Azinforum.az olaraq  biz şəhid ailələrinin qaldırdıqları problemləri və hansı istiqamətdə yardım almaq istəmələrini detallarına qədər yazmaq istəmirik. Hesab edirik ki, icra hakimiyyətinin və əlaqədar qurumların birbaşa səlahiyyətinə aid olan məsələdir.

Binəqədi rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirdilər ki, onların aparatı şəhid ailələrinin problemlərinə daima qayğı ilə yanaşır və səlahiyyətləri daxilində istənilən köməkliyi etməyə hazırdırlar. Şəhidlərin adının əbədiləşdirilməsinə gəldikdə isə, bununla bağlı bəzi prosedurlar həyata keçirilməlməsinin vacib olduğunu nəzərimizə çatdırdılar. Mövzuya qayıdacayıq…

 

sh5

 

sh4

 

M. MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın