Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Şəhid oğluna cəza verildi – HÖKM

Şəhid oğluna cəza verildi – HÖKM

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə bildirilib ki, O.Abdullayevin hadisə yerindən qaçma ittihamı sübuta yetirilməyib və həmin maddəyə əsasən, bəraət verilib.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. O.Abdullayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan “Daewoo Nexia” markalı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

Xatırladaq ki, O.Abdullayevin atası Xusaməddin Abdullayev Qarabağ döyüşlərində şəhid olub.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …