Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Şəhid oğlu atasının və qəsəbə Şəhidlərinin haqqını tələb edir- FOTOLAR

Şəhid oğlu atasının və qəsəbə Şəhidlərinin haqqını tələb edir- FOTOLAR

Qarabağ uğurunda döyüşlərdə Şəhid olan Rəşid Bağırovun oğlu Xəyal Bağırov atasının tapdalanmış haqqını tələb edir. Xətai rayon NZS qəsəbəsində Şəhidlər üçün ayrılan parkda Xəyalın doğma əmisi Məhhərəm Bağırov tərəfindən Şəhidlərin büstü dağıdılaraq yerində pivəxana açılıb.
Bununla bağlı Moderator.az-a müraciət edən Xəyal Bağırov müvafiq qurumlardan kömək istəyib.
“Atam 1992-ci ildə Ağdərə döyüşlərində Şəhid olub. Atamın ölümündən sonra əmim Məhərrəm Bağırov tərəfindən NZS qəsəbəsindəki ata evimizdən qovulmuşuq. Məhərrəm Bağırov Dövlət Statistika Komitəsində işləyir. Bir müddət kirayələrdə qaldıqdan sonra Müdafiə Nazirliyi bizi evlə təmin etdi.  Sonradan eşitdik ki, atam “Rəşid Bağırov” adına kiçik müəssisə açılıb. Gedib baxdıq ki, həmin yerdə atamın adına mağaza və kafe açılıb. Biz atamın adına belə bir müəssisənin açılmasına etiraz edəndə əmim Məhərrəm Bağırov bizi ordan da qovdu. “Rəşid kiçik müəssisəsi”nin yanında kiçik sahə var idi, orda da pivəxana açmışdılar. Biz məsələylə bağlı Xətai rayon icra hakimiyyətinə şikayət etdik. İcra hakimiyyətindən bizə bildirdilər ki, biz o sahəni Şəhidlərin adına park salınması üçün ayırmışıq. Bundan sonra gedib əmimə dedim ki, atamın adından niyə belə işlər görürsən? Dedi ki, Rəşid burda mənimlə obyekt tikməyib. Əmim Şəhid olmuş atamın adından istifadə edərək özünə biznes qurub. Əmim biznesini inkişaf etdirmək üçün kiçik əmim Fikrət Bağırovu da özünə şərik edib. Kiçik əmim Fikrət Bağırovun isə əmimin saxta əməllərindən xəbəri olmayıb. Məhərrəmin oğlu tutulan zaman əmim həmin ərazini satışa çıxarıb, ancaq kiçik əmimin bundan xəbəri olmayıb. Həmin yeri Qurban adlı məhkəmə işçisinin adına keçirib satıb.
Aradan bir müddət keçdikdən sonra Moskvada işləyən Fikrət əmim xəbər tutub ki, obyekt qardaşı tərəfindən satılıb. Fikrət əmim baş verən saxtakarlıqlardan bundan sonra xəbər tutub. Sonradan hər iki əmim arasında mübahisə düşüb. Bu gün məqsədim odur ki, həmin ərazi adı çəkilən şəxslərdən gedir alınsın və orada həm atamın, həm də qəsəbə Şəhidlərinin adına park salaq. Atamın büstünün qoyulması üçün yer ayrılmışdı. Sonradan onu söküb dağıtılar. Bu gün sizin vasitənizlə müvafiq dövlət qurumlarından kömək istəyirəm. Bu saxtakarlığın ifşa olunmasında mənə yardımçı olsunlar”.
Yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın