Cümə axşamı , May 23 2024
Ana səhifə / Aktual / Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan oğlu 22 aprel 2003-cü ildə anadan olub. 2022-ci ilin noyabrın 25-də Kəlbəcər rayonunun Zar kəndində xidməti vəzifəsini yerinə yetirərkən 19 yaşında şəhid olub.

Şəhid Mirzəzadə Nurəddinin doğum günü münasibətilə Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər Xiyabanında məzarı ziyarət olundu. Şəhidin ruhuna dua oxundu. Ziyarətdə şəhidin yaxınları, doğmaları, Suraxanı Rayon İcra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qonşuları, oxuduğu 104 saylı məktəbin şagirdləri iştirak edirdilər. RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailıləri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseyn şəhidlərə göstərilən diqqətin vacibliyindən, onların ucaldığı ali mərtəbənin müqəddəsliyindən bəhs etdi. RİH rəsmisinin fikrincə, şəhidlərin canı, qanı bahasına və Ali Baş Komandanın uzaqgörən siyasəti sayəsində Azərbaycan işğala son qoyaraq ərazi bütövlüyünü təmin etdi.

Anım mərasimində 104 saylı məktəbin şəhidin adına olan sinifin şagirdləri də iştirak edirdilər. Şagirdlər şəhidimizi yad etməklə bərabər, ədəbi-bədii kompozisiya çərçivəsində şerlər səsləndirdilər.

Daha sonra şəhid Nurəddin Mirzəzadə üçün Zığ qəsəbəsində yerləşən “NUR” Mərasim Evində ehsan mərasimi verildi. Mərasim başlamazdan əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın dövlət himni səsləndirildi. Mərasimdə şəhidin adına bəstələnmiş mahnı ifa edildi, ruhuna dualar oxundu.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …