Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Səfirlik Seymur Həzi və xanımına viza verməkdən imtina etdi

Səfirlik Seymur Həzi və xanımına viza verməkdən imtina etdi

Almaniya səfirliyi ötən ay həbs müddətini başa vuraraq azadlığa çıxan siyasi fəal, AXCP funksioneri Seymur Həziyə şengen vizası verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Seymur Həzinin özü şəxsi feysbuk hesabında yazıb.

“Almaniya səfirliyi Nigara (xanımı Nigar Həzi – red) və mənə viza verməkdən imtina etdi. Halbuki, səfirin müavininə öncədən yazdım və mənə yazdı ki, bizi konsulluğa tövsiyə ediblər. Bir sözlə, bunlar-Almaniya diplomatları elə bilirlər ki, biz mühacirətə getmək istəyirik – səngərdən qaçan olsaydım, niyə tutulurdum ki. Sadəcə, ayıb”, – deyə o, bildirib.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …