Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

Səfirlik İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə müraciət etdi

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.

Virtualaz.org xəbər verir ki, səfirliyin müraciətində qeyd olunub:

“İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına ([email protected][email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır”.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …