İranla Azərbaycan arasında nə baş verdiyini dəqiq bilmirəm. Bərkgedən siyasətçilərdən biri Natiq Cəfərli deyir ki, qərbin hazırda bir nömrəli düşməni İran və Rusiyadır. Qərbpərəst hesab olunmaq üçün bu iki dövlətlə düşmən olmaq lazımdır. Mən isə bir şey bilirəm ki, heç bir normal siyasətçi xalqını ac saxlayan, oğurluq etməkdən utanmayan dövlət başçısına və onun komandasına hörmət etməz, ən azından onlara ikrah hissi ilə baxar. Dələduz siyasətçilər uzağı həmin dövlət başçılarını Qəddafi kimi qazlayıb pulunu alar, sonra da Səddamın gününə salar.
Hökumətimizin yerlibazlıq, qohumbazlıq, rüşvət, fahişəlik əsasında göndərdiyi səfirlər xalqımız haqqında vəhşi obrazı yaradırlar. Vaxtilə əxlaqsızlıq etdiyi üçün İrandan qovulan səfir Əliyar Səfərli universitetdə mənə dərs demişdi. O, universitetdə də əxlaqsızlıq edirdi. Səfirlərimizin səviyyəsi deputatlarımızdan da bərbaddır.
Mətanət Əliyeva, “İmpuls” qəzetinin baş redaktoru