Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Səfirin sabiq nazirə qarşı ədəbi oğurluq ittihamına cavab verildi – Fotolar

Səfirin sabiq nazirə qarşı ədəbi oğurluq ittihamına cavab verildi – Fotolar

Azərbaycanın keçmiş Xarici işlər naziri, hazırda Macarıstandakı səfirimiz, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyev sabiq Rabitə naziri Nadir Əhmədovu ədəbi oğurluqda ittiham edib.

Vilayət Quliyev sabiq Rabitə nazirinin onun araşdırmalarını öz adına çıxdığını iddia edərək, keçmiş həmkarını tənqid hədəfinə çevirib:

“Deyəsən son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq Rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə “525-ci qəzet”də çap olunmuş “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.

Nadir Əhmədov isə sabiq həmkarının bu ittihamları ilə bağlı mətbuata açıqlamasında Vilayət Quliyevə böyük hörmətinin olduğunu demişdi: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.

Səfirin sabiq nazirə qarşı ədəbi oğurluq ittihamına cavab verildi

N. Əhmədov

Bu gün “AzPolitika.info” ilə əlaqə saxlayan Nadir Əhmədovun qardaşı oğlu Süleyman Əhmədov Vilayət Quliyevin belə ittihamlar irəli sürməklə, haqsızlığa yol verdiyini bildirib. S. Əhmədov deyib ki, doğrudan da Nadir Əhmədov öz kitabında Vilayət Quliyevin məqaləsindən istifadə edib. Lakin bu zaman müəllifə, yəni V. Quliyevə istinad olunub.

S. Əhmədov bildirib ki, kitabın həmin faktların əks olunan səhifəsinin sonunda “Burada yazılanlar V. Quliyevin müsahibəsindən götürülüb”, – cümləsi aydın şəkildə əks olunub. V. Quliyevin sabiq naziri belə sərt dillə ittiham etməsi isə etik normalara uyğun deyil: “Səfir Vilayət Quliyevin istinad elədiyi “İblis xislətli erməni” kitabının 87-ci səhifəsini sizə təqdim edirəm. Bunu bir cavab kimi Vilayət müəllimə göndərə bilərsiniz. Bəlkə ermənilər haqqında yazılan fikirlər Vilayət müəllimin xətrinə dəyib, açıqlama gətirsə yaxşı olardı”.

S. Əhmədov V. Quliyevi nəzərdə tutaraq sonda qeyd edib ki, səfirin işlətdiyi “çapovulçuluq”, “çax-çux” sözləri bir diplomatın, ziyalının işlədəcəyi ifadə deyil və ona şərəf gətirmir.

Səfirin sabiq nazirə qarşı ədəbi oğurluq ittihamına cavab verildi

Reyting.az

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …