Ana səhifə / Aktual / Səfir Daşqın Şikarovun adı Xarici İşlər Nazirliyinin saytından çıxarıldı – FOTO

Səfir Daşqın Şikarovun adı Xarici İşlər Nazirliyinin saytından çıxarıldı – FOTO

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir.

Bir müddət əvvəl “haqqin.az” saytı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırdığı barədə informasiya yaymışdı.

MIA.az modern.az-a istinadən xəbər verir ki,XİN-in saytındakı “Azərbaycan Respublikasının xaricdəki nümadəlikləri” bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.

Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.

Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllərAzərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.

Həmçinin oxuyun

Deputatlarımız harada istirahət edəcəklər? – Telefonlarımız daima açıqdır

Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti …