Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Aktual / “Şəfəq Nuru” aztəminatlı ailələrin övladlarına dəstək məqsədilə aksiya keçirəcək…

“Şəfəq Nuru” aztəminatlı ailələrin övladlarına dəstək məqsədilə aksiya keçirəcək…


“Şəfəq Nuru” Xeyriyyə İctimai Birliyi öz xeyriyyə marafonunu davam etdirir. Avqustun 29-da qurum daha bir xeyriyyə məqsədli tədbirini reallaşdırmağa çalışacaq. Birliyin rəhbəri, özü fiziki əngəlli xanım olan Aynurə Xudiyeva Azinforum.az-a bildirib ki, tədbiri keçirməkdə başlıca məqəsdləri aztəminatlı ailələrin övladlarını məktəb ləvazimatları ilə təmin etməkdir: ” Xeyirsevər, mərhəmətli insanların dəstəyi ilə, bu il də , 120 belə ailənin övaldını sevindirmək istəyirik. Xeyriyyə marafonunda iştirak etmək istəyən şəxslər, qurumlar avqustun 29-da, saat 18-də, Əhmədli metrosuna yaxın ərazidə yerləşən “Viktoriya” şadlıq sarayına təşkil olunacaq tədbirə təşrif buyura bilərlər. Yardım kampaniyasına yığılacaq məbləğin xərclənməsi ilə bağlı elə həmin tədbirdə şəffaf hesabat veriləcək. Vətəndaşlar bu nəcib təşəbbüsə fotoda göstərilən hesaba pul köçürməklə də dəstək verə bilərlər”.

Həmçinin oxuyun

Jurnalistin gizli səs yazısını “reket”ə kim verib? – Hakim Rafiq Məmmədov bu məsuliyyətin altından necə çıxacaq?

Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə adı “qara siyahıya” salınaraq “reket” elan olunan demokratik.az adlı …