Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Sədərək”də baş verən yanğının söndürülməsində Qaradağ polisi xüsusi fədəkarlıq göstərib – VİDEO

“Sədərək”də baş verən yanğının söndürülməsində Qaradağ polisi xüsusi fədəkarlıq göstərib – VİDEO

Xəbər verildiyi kimi, səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tam söndürülüb. Həmin hadisə zamanı başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs artıq evə buraxılıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə, yanğının söndürülməsi, yanğından zəhərlənən vətəndaşlara ilkin yardımın edilməsi və zərərçəkənlərin mallarının hadisə yerindən çıxarılmasında Qaradağ Rayon Polis İdarəsinin şəxsi heyəti xüsusi fədakarlıq göstərib. Aşağıda paylaşacağımız videomateraldan da görünür ki, polis əməkdaşları əllərində olan su şırnağı ilə yanğının söndürülməsində fəal iştirak edirlər. Əhsən belə polislərə!

Sevda ZÜLFÜQARLI

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …