Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Səbuhi Xanlarovun yalanı üzə çıxdı – Yoldaşı ölməyib

Səbuhi Xanlarovun yalanı üzə çıxdı – Yoldaşı ölməyib

Bu gün PrimeTime.Az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb. Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: “Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz”. Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcüddur və lazım gələrsə yayımlamağa hazırıq.

Həmçinin oxuyun

Bakıda biznesmenin oğlunun öldüyü qəzanın görüntüləri yayıldı (Video)

Bakıda tikinti maqnatı kimi tanınan doktor Əlinin oğlunun törətdiyi qəzanın görüntüləri yayılıb. Unikal.org xəbər verir ki, …

Bir cavab yazın