Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / SƏBAİL – ELDAR ƏZİZOVU BAKI MERİ EDƏ BİLƏCƏK SON TEST

SƏBAİL – ELDAR ƏZİZOVU BAKI MERİ EDƏ BİLƏCƏK SON TEST

Azinforum.az xəbər verir ki, yola saldığımız son üç gün ərzində ən çox müzakirə  icra hakimiyyəti başçılarının yerdəyişməsi ilə bağlı Prezidentin imzaladğı sərəncamlar ətrafında aparıldı. Maraqlıdır ki, bu dəfəki dəyişiklikdə daha çox tətbiq edilən rotasiya qaydasından istifadə  olunmadı.

 Dəyişikliyə tuş gələnlərin sıradan bir icra başçıları olmadıqları üçün, yerdəyişmənin onların “kalibrinə” uyğun olub-olmaması daha çox dartışılan mövzu oldu. Məsələn, Abşeronun sabiq icra başçısı Zakir Fərəcova Sumqayıt kimi böyük şəhərin rəhbərliyini tapşırmaq onun üçün karyera yüksəlişi anlamına gələ bilər. Ancaq Eldar Əzizovun  həmin böyük şəhərin rəhbərliyindən paytaxt rayonlarından birinə rəhbər göndərilməsi daha çox onun “vurulması” kimi yozuldu.

Bəs , əslində nə baş verib?

zak

 

Bu suala cavab tapmaq üçün, hər iki icra başçısının hakimiyyət üçün önəminə və ictimai rəydəki nüfuzlarına diqqət etmək lazımdır. Eldar Əzizov daha çox işguzar imicə malik bir rəhbər kimi xarakterizə olunur. Sumqayıtdan əvvəl Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə rəhbərlik edən Eldar Əzizov həmin şəhərin əyalət görkəmi almış libasını mühasir şəhər görünüşü və infrastrukturu ilə əvəz etdi. Bir sözlə, ona göstərilən böyük etimadı doğrulda bildi. Sumqayıtda da böyük abadlıq işləri aparan Eldar Əzizov “vurulmaq” üçün elə bir ciddi səhvə yol verməyib. 

Eldar Əzizovla bağlı yaranmış vəziyyəti Azinforum.az-a şərh edən hakmiyyət daxilindəki mənbənin sözlərinə görə, ilk baxışıdan bu yerdəyişmə Əzizovun “vurulması” kimi  yozula bilər:

“Eldar Əzizov Prezidentin etimadını doğruldan bir kadırdı. Adı korrupsiya qalmaqallarında çox hallanmayıb. Eyni zamanda, onun Bakının meri postuna gətiriləcəyinə dair etimallar daha böyük idi. Hesab edirəm ki, Eldar Əzizovun Səbailə təyinatı çox incə düşünülmüş taktiki bir addımdır.

Əslində, bu indiyə kimi özünü doğruldan Eldar Əzizova mer postuna yiyələnə bilmək üçün verilən sonuncu testdir. Eldar Əzizovun məhz Səbailə təyin edilməsi təsadüfi xarakter daşıya bilməz. Yadınızdadırsa, bir neçə ay əvvəl, Prezident İlham Əliyev Səbail royonu ərazisində olan “Dostluq” parkında yaranan bərbad durumdan gileylənmişdi. Söhbət imkanlı adamlar tərəfindən  parkın ərazisini zəbt edilərək, orada villalar tkdirməsindən gedirdi. Araşdırıldıqda məlum oldu ki, həmin icazələrin çoxu sabiq icra başçısı Asif Əskərovun zamanında verilib. Bu səbəbdən də, Asif Əskərov həmin ərazidə inşa edilən villaların məmur olan sahibləri ilə çox dirəşə bilmədi. Hazırda vəziyyət belədir ki, İlham Əliyevin ifadə etdiyi narazılıq tam aradan  qaldırılmayıb. Eldar Əzizova verilən birinci tapşırıq məhz “Dostluq” parkı ilə bağlı olacaq.  Təbiidir ki, belə işlərin ustası olan Eldar Əzizov problemi aradan qaldırmaqla Bakı meri vəzifəsinə  bir addım da  yaxınlaşacaq”.

Qeyd edək ki, Sumqayıta başçı təyin edilən Zakir Fərəcov isə, cəmiyyətdə tamamilə fəqli reputasiyaya malikdir. Yəqin ki, adı bir çox korrupsiya qalmaqllarında hallanan Zakir Fərəcov üçün Sumqayıt sonuncu iş yeri olacaq…

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın