Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Rza Zərrab niyə türmədə deyil?

Rza Zərrab niyə türmədə deyil?

İş adamı restorana getmək üçün FTB agentinə də rüşvət vermiş ola bilər – iddia

Amerikalı hüquqşünaslar hazırda həbsdə olan İran əsilli iş adamı Rza Zərrabın suşi yeyərkən çəkilən şəkilləri ilə bağlı şərh veriblər.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə R.Zərrabın bir qadınla Nyu-York restoranlarından birində suşi yeyərkən çəkilən şəkilləri gündəmə bomba kimi düşüb. Amerikada İrana yönəlmiş embarqonu pozmaq ittihamı ilə 135 il həbs cəzasına məhkum edilən, daha sonra istintaqla anlaşaraq şahidlik edən R.Zərrabın türmədə olduğu zənn edilirdi.
Cinayət işini yaxından izləyən amerikalı hüquqşünaslar R.Zərrabın azadlığa buraxılmasının hüquqi baxımdan mümkün olmadığını, “Nobu” restoranında çəkilən şəklin isə onu prokurorluğa aparan FTB agentlərinin “güzəşt” etməsi ilə mümkün ola biləcəyini deyib. Hüquqşünaslara görə, bu da federal cinayət kateqoriyasına daxildir.

R.Zərrabın etirafçı şahidliyi sayəsində prokurorluğun məhkəməyə verəcəyi ‘5K1 məktubu ilə” çox əhəmiyyətli bir cəza endirimi almasının gözlənildiyini deyən hüquqşünaslar hesab edir ki, Zərrabın məhkəmə öncəsində kəfalət müraciəti gizli qalmayacaq. Çünki bütün kəfalət müraciətləri və qərarları cəmiyyətə açıqdır.

R.Zərrab hələ də FTB nəzarətində, Nyu-Yorkdakı bir türmənin özəl bölməsində saxlanılır. Hüquqşünaslar bununla belə, onun daha öncə nəzarətçilərə rüşvət verərək, içəriyə içki və telefon gətirtdiyini də xatırladıb. Onların bildirdiyinə görə, Zərrab onu müşayiət edən FTB agenti və ya türmə nəzarətçisinə də rüşvət verərək, belə bir işbirliyinə girmiş ola bilər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …