Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / RÜSTƏMXANLI – FƏTULLAYEV QALMAQALINDA ƏLİBƏYLİ  İLƏ  ADIGÖZƏLLİNİN NƏ İŞİ?

RÜSTƏMXANLI – FƏTULLAYEV QALMAQALINDA ƏLİBƏYLİ  İLƏ  ADIGÖZƏLLİNİN NƏ İŞİ?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə  tanınmış jurnalist Eynulla Fətullayev arasındakı qalmaqala yeni-yeni adamlar qoşulub.  Azinforum.az olaraq bildiririk ki, bu qalmaqalın yaranmasına səbəb Eynulla Fətullayevin Sabir Rüstəmxanlı barəsində yazdığı tənqidi status olub.

Əslində isə, həmin statusda təhqir notlarının da olması Sabir Rüstəmxanlıya yaxınlığı ilə seçilən  adamları Eynulla Fətullayevə qarşı səfərbər edib.  Xatırladaq ki,  Eynulla Fətullayev məlum statusunda Sabir Rüstəmxanlını şərəfsiz adlandırıb. Bundan sonra isə, o, rəhbərlik etdiyi haqqin.az saytında “Sabir Rüstəmxanlı əsl kişi axtarışında” başlıqlı məqalə ilə sabiq millət vəkilini sərt tənqid edib.

E. Fətullayevin bu başlıqla məqalə yazmasına ilk kəskin reaksiyanı bir neçə dəfə həbs həyatı yaşamış tanınmış jurnalist Sərdar Əlibəyli verdi. Əslində isə, Sabir Rüstəmxanlı ilə heç bir yaxınlığı olmayan Sərdar Əlibəylinin özünü  bu qalmaqalın episentrinə atması hamıda sual doğurdu. Niyə məhz o?

 

serdar

  Sərdar Əlibəyli

Sərdar Əlibəylinin  Eynullaya qarşı çıxmasını  qisas amili ilə də izah edənlər tapıldı. Bəzi iddialara görə,  Sərdar həbs ediləndə Eynulla öz saytlarında onun barəsində lazım olmayan təbliğat aparıb və bu səbəbdən də Əlibəyli ona qarşı qəzəblidir. Başqa qənaətlərə görə isə, Sərdarı buna Tənzilə Rüstəmxanlı amili vadar edib. Deyilənə görə,  bu iki şəxsin arasında qarşılıqlı hörmət mövcuddur. Ancaq məsələyə ən düzgün cavabı elə Sərdar Əlibəylinin özü verdi. Onun sərt üslubda yazdığı statusdan bəlli oldu ki, sən demə, Eynullanı özündən çıxaran müsahibənin müəllifi məhz Sərdar Əlibəylimiş. Bu səbədən də, öz intelektual məhsulunun davasını aparan Sərdar Eynullaya kişi söhbətinə qarşımamağı məsləhət gördü. Bəli, Sərdar Əlibəylinin statusunda məhz bu tonda olan sərt ifadələr yer alırdı.

Bu yazını hazırlamadan öncə, biz Sərdar Əlibəylinin səsləndirdiyi fikirləri Eynulla Fətullayevə göndərdik və ondan münasibət bildirməsini xahiş etdik. Ancaq Eynulla ismarıcı oxusa da, cavab vermək istəmədi (?)

 

samir

Samir Adıgözəlli

Meydana atılanlardan biri də, Sabir Rüstəmxanlının Dünya Azərbaycanlılar Konqresindəki (DAK) aparatına rəhbərlik  edən Samir Adıgözəllidir. O, Azinforum.az-la əlaqə saxlayaraq bu məsələyə münasibət bildirmək istədiyini dedi. DAK rəsmisi  bildirdi ki, Eynullanın əqidə məsələsinə toxunması onda gülüş yaradır:

“O, Sabir Rüstəmxanlının əqidə dəyişməsini iddia edir. İndi gəlin görək, bu adamın özü hansı yolları keçib? YAP-dan vurub, Sosial Demokratlardan çıxan Eynullanın gəzmədiyi kol dibi qalmayıb. Hakimiyyətin dəhlizlərində Əli Nağıyevə papka daşıyan bu adam birdən-birə radikal müxalifət cəbhəsində yer aldı. Sonra ermənilərə dəstək verərək Xocalı ilə bağlı dilə gətirilməsi mümkün olmayan bir mövqe sərgilədi.  Onun həbs həyatında da sərgüzəştləri az olmayıb.  Bu barədə Eynulla lazım bilərsə danışaram… Həbsdən sonra isə, onun barəsində “Bədbəxt adam” filmini çəkən Mirşahinlə can bir qəlbdə olmasını görəndə, barəsindəki düşüncələrimi tam yəqinləşdirmiş oldum.

Bir də gördük ki, sosialist Eynulla kapitalist sərmayəsi ilə fəaliyyətə başlayıb.  Yəqin bu günlərdə saytlarında yaranan maliyyə probleminin kompensasiyasını Sabir Rüstəmxanlıya söyməklə ödəmək istəyir. Əminəm ki, ona bu sifarişi verən var. Ancaq Eynullaya məsələhət görərdim ki, öz çəkisinə uyğun olan adamla mübarizəyə girişsin.  Çünki Sabir Rüstəmxanlının yazdığı kitabların çəkisi Eynulladan qat-qat ağırdı…”

P.S Eynulla Fətullayevin də mövqeyini məmnuniyyətlə dərc etməyə hazırıq.

M. MİRZƏ

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …

Bir cavab yazın