Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Aktual / Rüstəm Usubov “Diqlas”a getdi – Foto

Rüstəm Usubov “Diqlas”a getdi – Foto

Baş prokurorun birinci müavini Rüstəm Usubov yanğın baş vermiş “Diqlas” Ticarət Mərkəzinə gəlib. ” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, R.Usubov hadisənin baş verdiyi əraziyə baxış keçirib.

Sonda R.Usubov prokurorluq əməkdaşlarına göstəriş və tapşırıqlarını verib.

Xatırladaq ki, yanğın hadisəsi martın 26-da baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …