Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / Rüstəm Muradov bir azərbaycanlını iki erməniyə dəyişdi

Rüstəm Muradov bir azərbaycanlını iki erməniyə dəyişdi

Göyərtisində erməni əsirlərin olduğu təyyarə Bakıdan İrəvana uçdu. Bu barədə “Sputnik-Ermənistan” mənbələrinə istinadən xəbər verir. Təyyarədə iki əsirin olduğu ehtimal olunur. Erməni KİV-lərinin xəbər verdiyi kimi, bunun qarşılığında erməni tərəfi Azərbaycana əsir Cəmil Babayevi təhvil verib.

Əsirlərin mübadiləsi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun iştirakı ilə baş tutub.

Qaytarılan hərbçilərin adları məlumdur. “Sputnik-Armenia” xəbər verir ki, bu Artur Nalbandyan və Aramais Torozyandır.

Erməni tərəfinin məlumatına görə, onlar iyulun 14 -də Azərbaycanın Laçın rayonunun Qaragöl gölü yaxınlığında əsir götürülüb.

Həmçinin oxuyun

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya …