Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / Rüstəm Muradov Bakı ilə Yerevan arasındakı əsir mübadiləsi haqda

Rüstəm Muradov Bakı ilə Yerevan arasındakı əsir mübadiləsi haqda

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Bakı ilə Yerevan arasında əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsindən danışıb.

“…Əsirlərin dəyişdirilməsi “hamının hamıya” prinsipi ilə həyata keçirilib. Bundan əvvəl Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan tərəfləri ilə geniş hazırlıq işləri aparıb”, – deyə  RİA-Novosti R.Muradovdan sitat gətirib.

R.Muradov bildirib ki, nəticədə onun şəxsi nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə 12 nəfər Bakıya gətirilib və Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi isə 44 nəfəri Ermənistana qaytarıb və o, onları Erebuni aerodromuna aparıb.

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …