Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir

Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəyir

“Doğum günümü adi qaydada keçirirəm. Səhər yeni açılıb. Təbrik edənlər artıq var. Azərbaycandan təbrik edənlər daha çoxdur. Hər kəsə diqqətinə görə təşəkkür edirəm”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyi ilə bağlı danışarkən deyib.

O, Bakı üçün darıxdığını da dilə gətirib: “Bakı üçün çox darıxıram. Bəlkə bu yaxınlarda Azərbaycana gəldim”.REKLAM

Tanınmış kinorejissor yaradıcılığından da söz açıb: “Bu gün teatrda təzə pyesimin premyerası baş tutacaq. Ümumilikdə tamaşalarıma Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir”. 

Qeyd edək ki, bu gün kinorejissor Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. O, 1939-cu ilin bu günündə Bakıda doğulub.

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …