Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Rüstəm Behrudi Kəramət Böyükçölü “tərbiyəsiz” adlandırdı – “Alkaş” sözünə görə…

Rüstəm Behrudi Kəramət Böyükçölü “tərbiyəsiz” adlandırdı – “Alkaş” sözünə görə…

Moderator.az xəbər verir ki, görkəmli şair, ünlü söz adamı Rüstəm Behrudi son dövrlə şou-biznes qaydalarına uyğun davranışları ilə gündəmdə qalmağa çalışan Kəramət Böyükçölü Əbülfəz Elçibəy haqqındakı sərsəm statusuna görə sərt sözlərlə qınayıb:
“Kəramət Böyükçöl tanımadığı, heç vaxt görüşmədiyi Ə.Elçibəyi “alkaş” adlandırır və bundan dolayı onu sevdiyini bəyan eləyir.
Bu sevginin bir adı var–bir adamı təhqir eləyib sonra da ,təhqir olunmaqdan qorunmaq cəhdi!
Sən istedalı olduğundan bunu həmişə bacarmısan.Ancaq bu dəfə keçməz!
Ömründə bircə dəfə üz-üzə oturub içmədiyi bir adama düşmənlərinin sözü ilə “alkaş” deməyin bircə adı var–tərbiyəsizlik!”
Kəramətin haqlı olaraq cəmiyyətin təpkisə ürcah olan bədnam statusunu olduğu kimi oxuculara təqdim edib mühakimə yürütməyi də onların ixtiyarına buraxırırq:
“Mən Əbülfəz Elçibəyi ona görə çox istəyirəm ki, o, alkaş idi. Hər gün içirmiş. O da vurub Türkan Şoraydan ötrü ağlayırdı, mən də içəndə keçmiş sevgim yadıma düşür. Ona görə o kişini çox sevirəm. Elçibəy əsl həyat idi. O, getdi, həyat da getdi. Deyirəm, mən Elçibəy kimi adamam, inanmırsınız”.
Xatırladaq ki, cəmisi 15 dəqiqə öncə Kəramət növbəti status yazaraq Aynur Camalqızının saytından ayrıldığını bildirib. Onun bu gedişinin “alkaş”la hər hansı əlaqəsinin olub-olmadığını da yəqin ki tezliklə biləcəyik…

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …