Ana səhifə / Ruslan İzzətlidən müxalifətə sərt sözlər: “Nədən, 2013-cü ildə yaradılan Pirallahı rayon şöbəsi qura bilmədiniz?”

Ruslan İzzətlidən müxalifətə sərt sözlər: “Nədən, 2013-cü ildə yaradılan Pirallahı rayon şöbəsi qura bilmədiniz?”

Biz üçünçü qüvvə dedikdə və ya yeni nəsil siyasətçilərin təqdim etməyə çalışanda ənənəvilər bizlərin yanında kütləviliyin olmadığın göstərir.
Siz normal bir ölkədə ” partiyanızın, hərəkatınızın nə qədər üzvü var” sualla qarşılaşmayacaqsız. Çünki, bir partiyanın gücü onun kütləviliyində yox, onun komandası və proqramındadır.
Sovet siyasi məktəbi yalnız kütləviliklə güc nümayiş etdirdiyi üçün sovet siyasi məktəbinin təsirlərindən azad olmağı bacarmayan ənənəvilər kütləviliyi örnək göstərir. Baxmayaraq, 20 ildən çoxdur dedikləri kütləviliyi belə göstərə bilmədilər. 1992 hakimiyyətləri dönəmində topladıqları kütləni nəyin ki, artırdılar əksinə ildən ilə itirməklə məşğul oldular.
Hər rayonda şöbəmiz var deyən ənənəvilər unutmur ki, qurduqları o şöbələr 1992 hakimiyyətindən qalan 2-3 insanın çiyni üzərindədir. Yox, yeni insanlar gəlirsə yeni şöbələr yaradılırsa nədən 2013-cü ildə yaradılan Pirallahı rayon şöbəsi qura bilmədiniz?
Sevgili dostlar, kütləvilik o zaman gərəkir ki, artıq sistem dəyişilir. O kütləvilik yaratmaq üçün hec də insanların partiya rəsmən qoşulması gərəkmir. Yetər ki, proqram və fikirlərimiz qəzet, sosial media və digər təbliğat vastələrilə insanlara çatdıraq. İnsanlarımız maariflənib vətənda.. məsuliyyətin alamalıdır. Vətəndaş məsuliyyətin anladıqları zaman sistem dəyişəcək. Sistemi dəyişmək gücün özündə hiss edən və özgüvən formalaşn vətəndaş hec zaman qaragüruh və 21 ildi mahiyyəti dəyişməyən çıxışları, liderləri dəstəkləməyəcək. Necə ki, Gürcüstan, Qırğızıstan, Ukrayna insanı o seçimi etdi.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın