Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Rusiyanın məşhur döyüşçüsü Bakıda – Fotolar

Rusiyanın məşhur döyüşçüsü Bakıda – Fotolar

Rusiyanın qarışıq döyüş  sənəti üzrə məşhur idmançısı, MMA çempionu Həbib Nurməhəmmədov Azərbaycana gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə Bakıda qonaq olub.

H. Nurməhəmmədov əvvəlcə Fəxri Xiyabana gedərək ulu öndərHeydər Əliyevin məzarını ziyarət edib.  Daha sonra o, Şəhidlər Xiyabanına gedib.  MMA çempionunu federasiya prezidenti Azad Əsgərov, yeni təyin olunmuş 1-ci vitse-prezident Tural Mİrzəyev və başqaları müşayiət edib.

Bundan əlavə, Həbib Nurməhəmmədov “Baku Fight” zalına gedərək idman ictimaiyyəti, bu idman növü ilə məşğul olan idmançılarla görüşüb.
Məşhur döyüşçü bu gün 16:00-da Əl Oyunları İdman Sarayında isə idmançılar və fanatlarıyla bir araya gələcək.



















Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …