Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Rusiyanın idman naziri: “I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib”

Rusiyanın idman naziri: “I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib”

Bakı. 12 iyun. REPORT.AZ/ Vitali Mutko Rusiya komandasının birinci Avropa Oyunlarında uğur əldə edəcəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın idman naziri bu gün jurnalistlərlə görüşü zamanı bildirib.

“Ümid edirəm ki, Rusiya yığması uğurlu çıxış edərək öz səviyyəsini təsdiqləyəcək”, – V.Mutko deyib.

O hesab edir ki, Avropa Oyunları maraqlı idman hadisəsi olacaq, çünki bir çox idman növlərini aparıcı idmançılar təmsil edəcək.

Nazir Bakının Avropa Oyunlarına hazırlıq səviyyəsini yüksək qiymətləndirib. “Mən bir neçə idman obyektində və Olimpiya kəndində oldum. Mənə elə gəlir ki, bizim həmkarlarımız şəhəri və Oyunları yüksək səviyyədə hazırlayıb”, – V.Mutko vurğulayıb.

O bildirib ki, Rusiya növbəti Avropa Oyunlarını keçirmək məsələsini hələlik nəzərdən keçirmir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın