Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycan diasporuna gələn həftə cavab verəcək – Fazil Qurbanov

Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycan diasporuna gələn həftə cavab verəcək – Fazil Qurbanov

Ötən il Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerində yeni Azərbaycan diaspor təşkilatı yaradıldığı barədə xəbər yayılıb. Bu xəbərlərdə qeydiyyatı ləğv edilmiş təşkilatın rəhbəri akademik Fazil Qurbanova da istinad edilib.

Yayılan xəbərlərdə o da bildirilir ki, yaradılan təşkilatın Rusiyanın Azərbaycan Konqresi (Азербайджанский Конгресс России) adlandırılması təklif olunub. Hətta Rusiyanın 70 regionunda mövcud olan diaspor icmasının yeni diaspor təşkilatının yaradılması, üstəlik, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupunun yaradılması üçün müraciət etdiyi də qeyd olunub. Qeyd edək ki, yaxın günlərdə yeni diaspor təşkilatı ilə bağlı müsbət məlumat yayılacağını hər kəs gözləyirdi və hətta qurultay hazırlıqlarına başlanıldığı da qeyd olunurdu.

Lakin akademik Fazil Qurbanov Musavat.com-a bildirdi ki, yeni təşkilatın elan olunması ilə bağlı yayılmış xəbərlər doğru deyil: “Mən bu barədə heç kimə heç nə danışmamışam. Bütün günü iclasda olmuşam. Bunu kim belə yazıb, bilmirəm”. Təşkilatla bağlı hazırki situasiya barədə məlumat verən F.Qurbanov dedi ki, Rusiya Ədliyyə Nazirliyi təqdim olunan sənədləri araşdırır: “Bizimlə onlar arasında danışıqlar gedir. Onlar da sənədləri yoxlayırlar, bizə deyəcəklər nə çatmır. Hələlik bizə yekun cavab verməyiblər. Fevralın 15-16-dək bizə yekun cavab verilməlidir. Xahiş edirəm, yazın ki, Fazil müəllim belə bir söz deməyib. Bu xəbəri eşidən kimi təzyiqim yüksəlib. Belə olmaz axı”.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …