Ana səhifə / Aktual / Rusiyada yaşayan azərbaycanlı rəssam koronavirus şübhəsi ilə karantinə alındı

Rusiyada yaşayan azərbaycanlı rəssam koronavirus şübhəsi ilə karantinə alındı

Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb.

Virtualaz.org bildirir ki, bu barədə o öz Facebook səhifəsində paylaşım edib.

Məşhur rəssam bildirib ki, İtaliyadan qayıdarkən təyyarədə xəstə olduğu üçün birbaşa karantinə köçürülüb: 

“Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”.

Qeyd edək ki, Aydan Salahova dünya şöhrətli məşhur Azərbaycan rəssamı Tahir Salahovun qızıdır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …