Ana səhifə / Aktual / Rusiyada uşaq alveri ilə bağlı yeni təfərrüat: Körpələrdən ikisi tanınmış əcnəbi siyasətçiyə satılıb

Rusiyada uşaq alveri ilə bağlı yeni təfərrüat: Körpələrdən ikisi tanınmış əcnəbi siyasətçiyə satılıb

Rusiyada cari ilin yanvar ayında surroqat analar tərəfindən dünyaya gətirən uşaqların “sifarişçiləri” arasında tanınmış filippinli siyasətçi Fredenil Kastronun da adı var.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Kastro artıq 20 ildir ki, Filippin Konqresinin Aşağı Palatasında işləyir. Ötən il o, Rusiyada klinikaya müraciət edərək iki uşağın surroqat doğumları barədə razılığa gəlib. Cari ilin yanvar ayında – uşaqlar dünyaya gələn vaxt Kastro Rusiyaya gəlib. Ancaq onları götürmək üçün bir neçə vacib sənədi unutduğundan geri qayıtmalı olub. Sonra isə pandemiya, ardınca isə uşaqlarla bağlı cinayət işi başlayıb.

Hazırda siyasətçinin uşaqları Vidnovski İxtisaslaşmış Uşaq evindədir. Fredenil uşaqların vəziyyəti barədə ona məlumat verilməməsindən şikayət edir.

O, hələ də uşaqları apara bilmir, buna görə də İnsan Haqları Şurasına müraciət edib.

Xatırladaq ki, Rusiyanın Odintsovo şəhərində mənzildə körpələr tapılmışdı. Sonradan onların bütün dünyadan olan yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulduğu ortaya çıxmışdı.

“Baza” “Telegram” kanalının məlumatına görə, əcnəbi vətəndaşlar onların hər biri üçün üç milyon rubl (71 537 AZN) ödəyəcəkmiş.

Ümumilikdə, yeddi müxtəlif anadan dünyaya gələn 10 körpə (biri ölüb) barədə iş aparılır.

Uşaqların çoxu reproduktiv funksiyasında pozğunluqlar olan yaşlı insanlar tərəfindən “sifariş” edilib.

İşlə bağlı səkkiz nəfər – mama-ginekoloqlar və hətta Avropa Surroqat Analıq Mərkəzinin baş direktoru Vladislav Melnikov saxlanılıb.

Körpələr uşaq evlərinə verilib və istintaq bitənə qədər orada qalacaqlar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …