Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Rusiyada batan gəmidən 4 azərbaycanlı xilas edilib – (Yenilənib, Siyahı)

Rusiyada batan gəmidən 4 azərbaycanlı xilas edilib – (Yenilənib, Siyahı)

Rusiya FHN-i Oxot dənizində Kamçatka sahillərində qəzaya uğramış “Dalni Vostok” traulerinin ekipaj üzvlərinin siyahısını dərc edib.

Oxu.az xəbər verir ki, FHN-nin məlumatına görə, gəminin göyərtəsində 130 nəfər olub, onlardan 63-ü xilas edilib.

Son məlumatlara görə, ekipaj üzvlərindən 7-i yox, 8-i azərbaycanlı olub.

Onlar Səfərov Məhəmməd Səfər oğlu (1964), Talıbov Mailağa Ulduz oğlu (1964), Məhərrəmov Muradəli Qurban oğlu (1987), Əliyev Elman Sərdan oğlu (1964), Şəkərov Faiz Gilal oğlu (1959), Əliyev Yaşar Sərdan oğlu (1975) və Sadıqov İmaməddin Hidayət oğludur (1969).

Öz növbəsində lifenews saytının məlumatına görə, M.Talıbov, İ.Sadıqov, E.Əliyev və Y.Əliyev qardaşları xilas edilənlər sırasındadır.

*   *   *11:02

Kamçatka sahillərində Oxot dənizində qəzaya uğrayan “Uzaq Şərq” balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı da olub.

Rusiya FHN regional idarəsindən “Report”a bildiriblər ki, ekipaj üzvləri arasında Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964), Sadıqov İmadəddin Hidayət oğlu (Naxçıvan sakini, 23.02.1969), Talıbov Mailağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987), Əliyev Elman Fərqan oğlu (17.10.1964), Əliyev Cəfər Fərqan oğlu (13.03.1975), Səfərov Fazil Hilal oğlu (23.10.1959) olub. Onların hamısı Rusiya vətəndaşlarıdır.

“Onlar göyərtədə olub, lakin hazırda həmin insanların taleyi haqqında heç bir məlumat yoxdur”, – Rusiya FHN regional idarəsindən bildiriblər.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb (54 ölü). Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Xilas olanların çoxunda soyuq suda uzun müddət qalmaları səbəbindən donvurma baş verib.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir.

*   *   *10:30

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.  Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.

Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.

Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Uzaq Şərq” traulerinin uzunluğu 104 metr, eni 16 metr, tonnajı 5,7 tondur.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın