Ana səhifə / Aktual / Rusiyada azərbaycanlı siyasi partiya yaradır

Rusiyada azərbaycanlı siyasi partiya yaradır

Oktyabrın 9-da Rusiyanın “İnterfaks” agentliyinin mərkəzi ofisində yerli və xarici jurnalistlər üçün “Rusiyanın Ədalətli Qüvvələr İttifaqı yeni siyasi partiyasının yaradılması – zamanın hökmü” mövzusunda mətbuat konfransı keçiriləcək.

“Report” xəbər verir ki, tədbirin təşkilatçısı Rusiyanın Ədalətli Qüvvələr İttifaqı Ümumrusiya Partiyasıdır.

Partiyanın təşkilat komitəsinin sədri Beynəlxalq Hüquq Şirkəti “Elman Qrup” MMC-nin təsisçisi, milliyyətcə azərbaycanlı Elman Paşayevdir.

Qeyd edilir ki, hazırda partiyanın təşkilat komitəsi Rusiya Federasiyasının bölgələrində regional strukturları formalaşdırır.

Partiya gələcəkdə bütün seçkilərdə, o cümlədən Dövlət Dumasına 2021-ci ildə keçiriləcək səsvermələrdə iştirak edəcək.

Qeyd edək ki, partiyanın yaradılması ideyası bu ilin 9 iyununda ortaya çıxıb. Moskvanın biznes mərkəzində müxtəlif ixtisas sahibləri, millətlərin nümayəndələri Moskva Şəhər Dumasına seçki kampaniyasında mümkün iştirakı müzakirə etmək üçün toplaşıblar. Tədbirdə həm iqtisadi, həm də siyasi məsələlər müzakirə predmeti olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …