Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Rusiya XİN Hikmət Hacızadəyə cavab verdi: “Artan təəccübdən başqa heç nə doğurmur”

Rusiya XİN Hikmət Hacızadəyə cavab verdi: “Artan təəccübdən başqa heç nə doğurmur”

Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi qərarının Rusiya Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadənın səsləndirdiyi fikirlər Rusiyada birmənalı qarşılanmayıb.
Virtualaz.org xəbər verir ki, Rusiya XİN bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri H.Hacıyevin Ümumrusiya Azərbaycan Konqresinin məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı yeni bəyanatı ilə tanış olduq. Məhkəmə qərarına səbəb, məlum olduğu kimi, həmin ümumrusiya ictimai təşkilatı tərəfindən federal qanunvericiliyin çoxsaylı pozuntuları olub”.

Daha sonra rusiyalı diplomatlar bəyanatda səsləndirilən fikirlərlə bağlı təəccüblərini gizlədə bilmədiklərini vurğulayırlar: “Bu məsələ ilə əlaqədar tərəfimizdən ətraflı izahat verilib. Lakin cənab H.Hacıyev, fikrimizcə, bir qədər qəribə fikrini davam etdirir ki, Rusiya məhkəməsinin elə Rusiya ictimai təşkilatı barəsində verilmiş qərarı nəinki Azərbaycana qarşı “qeyri-dost addımıdır”, hətta hansı yollasa Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını çətinləşdirə bilər. Bu bizdə artan təəccübdən başqa heç nə doğurmur”.
“Rusiya Azərbaycanla iki dövlətin liderləri – V.Putinlə İ.Əliyev tərəfindən müəyyənləşdirilmiş və dəfələrlə təsdiq edilmiş strateji tərəfdaşlığı və münasibətlərin hərtərəfli möhkəmləndirilməsi kursunu yüksək qiymətləndirir. Ölkələrimizin ikitərəfli və beynəlxalq qarşılıqlı anlaşmaya dair geniş perspektivləri var. Buna uydurulmuş problemlərlə kölgə salmağa ehtiyac varmı?” – Rusiya XİN-in bəyanatı bu sözlərlə bitir.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın