Ana səhifə / Aktual / “Rusiya “sülhməramlıları”nın niyyəti Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdır” – Arif Hacılı

“Rusiya “sülhməramlıları”nın niyyəti Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdır” – Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan ərazisində yerləşdirilən Rusiya “sülhməramlıları”nın məqsədlərini açıqlayıb.

Azinforum.az qaynarinfo-ya istinadən xəbər verir ki, partiya başqanı “sülhməramlıılar”ın əsas məqsədinin Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaq olduğunu bildirib:

“1. Yuxarı Qarabağ ərazisini ermənilərlə məskunlaşdırmaq;

2. Çoxcsaylı ermənilərin Qarabağ ərazisinə gəlməsini təmin etmək üçün burada Ermənistanda olduğundan daha üstün yaşayış şəraiti yaratmaq;

3. Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaq;

4. Türkiyənin Qarabağ nizmlanmasında tərəf kimi iştirakına, həmçinin Güney Qafqazda təsirinin artmasına imkan verməmək;

5. Region dölətlərinin avtoritar Rusiyadan asılı olmayan azad, demokratik inkişafının qarşısını almaq;

6. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdır”.

Arif Hacılı qeyd edib ki, dövlət və millət olaraq buna seyrçi qalmamalıyıq:

“Azərbaycan ərazisində tarix boyu yalnız Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyi olacaq ikinci erməni dövlətinin yaranmasına imkan verməməliyik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …