Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Rusiya Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir​” – Putin

“Rusiya Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir​” – Putin

“Rusiya Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni edir və edəcək​”.

“ Azinforum.az ” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndəlikləri ilə görüşündə bildirib.

“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazda bir-birinə qarşı duran, təəssüf ki, hələ də pulemyotların, tüfənglərin mənzərələrində bir-birini görən və bir-birinə qarşı silah istifadə edən insanların həyatını xilas etmək üçün münaqişənin tez bir zamanda bitməyi prosesində ondan asılı olan hər şeyi edir”, – deyə Putin qeyd edib.

Rusiya lideri münaqişə tərəflərinin hədəflərinin sülh danışıqları prosesi zamanı əldə oluna biləcəyinə inandığını bildirib: “Hər halda, həm Ermənistan, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, bölgədə yaşayan bütün insanlara uyğun bir nəticə əldə edə biləcəyik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …