Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Rusiya MN-dən Laçın dəhlizindəki son vəziyyətlə bağlı açıqlama

Rusiya MN-dən Laçın dəhlizindəki son vəziyyətlə bağlı açıqlama

Rusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrində təhlükəsizliyi təmin etməyə davam edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış “yoxlama məntəqəsi” istehkamları ilə təchiz edilib.

Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Onlar həmçinin, mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpası üçün tapşırıqları yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyini təmin edirlər.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …