Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Rusiya hökuməti istefaya getdi

Rusiya hökuməti istefaya getdi

Rusiya hökuməti istefaya gedib.

“ Azinforum.az ” ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.

“Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb.

O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır. 

“Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, – deyə Medvedev əlavə edib. 

Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.

Həmçinin oxuyun

“Dəmir Günbəz”i azərbaycanlı dostlarımızla bölüşməliyik” – Sabiq səfir

Biz “Dəmir Günbəz” sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk “Twitter” …