Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Aktual / Rusiya gənc qızı son anda ölümdən xilas edən Kənandan danışır – Video

Rusiya gənc qızı son anda ölümdən xilas edən Kənandan danışır – Video

Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxs intihar etmək istəyən gənc qızı xilas edib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 8-i sosial şəbəkələrin Rusiya seqmentində hadisənin videosu yayılıb.

Videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın olduğu və ağladığı görünür. İntihar etmək istəyən qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra canına qəsd etmək fikrindən daşınır.

Rusiya mediası daha sonradan gənc qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıb. Məlum olub ki, həmin şəxs Kənan Ukalayev adlı azərbaycanlıdır. O, 2007-ci ildən Perm şəhərində yaşayır.

Onun sözlərinə görə, gecə saatlarında qardaşı ilə küçədən keçərkən eyvanda qızın əyləşdiyini görüb. O bildirib ki, qızla danışmağa başlayıb: “Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum”.

Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.

https://ok.ru/videoembed/3371138878058

Həmçinin oxuyun

Dinc durmayan ƏLİN QURBANI… – Hüseynbala Mirələmov HARALARDADI?

Bu dəfə sabiq deputat Hüseynbala Mirələmovun haralarda olduğunu öyrənməyə çalışdıq.Keçmiş deputat, siyasətçi, yazıçı, professor… Mətbuat …