Ana səhifə / Aktual / Rusiya bir gündə Qarabağa 20 təyyarə göndərdi

Rusiya bir gündə Qarabağa 20 təyyarə göndərdi

Rusiya son sutka ərzində Dağlıq Qarabağa göyərtəsində 170 sülhməramlının olduğu 20 təyyarə göndərib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daşınmalar İl-76 təyyarələri ilə Ulyanovsk-Vostoşnı aerodromundan Ermənistan istiqamətində həyata keçirilib. Təyyarələrdə 20 ədəd qoşqulu ağır nəqliyyat vasitəsi də olub.

Qarabağa gələn sülhməramlıları Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri müşayiət etməyə başlayıb. Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib

Xatırladaq ki, Qarabağa yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin ümumi sayı 1960 nəfər, həmçinin 90 zirehli, 380 avtomobil və digər texnikalardan ibarət olacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …