Ana səhifə / Aktual / Rusiya baş nazirinin müavini Rəşt-Astara dəmir yolundan danışdı

Rusiya baş nazirinin müavini Rəşt-Astara dəmir yolundan danışdı

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ildə başa çatacaq.
Bu barədə Rusiya baş nazirinin birinci müavini Andrey Belousov bildirib.
“Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılsın”, – deyə baş nazirin müavini bildirib.
Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir: “Xəzər dənizinin sahil zolağı dayazdır və gəmilərin daxil olması üçün orada xüsusi kanal çəkilir və bu il müvafiq olaraq dərinləşdirmə işlərinə başlanılıb. Ümumilikdə, Şimal-Cənub marşrutu üzrə biz 2030-cu ilə qədər yükgötürmə qabiliyyətini 41-45 milyon tona çatdırmağı planlaşdırırıq ki, bu da bugünkü həcmdən üç dəfə çoxdur. Bu gün biz bu üç istiqamətdə (Şərq, Mərkəzi və Transxəzər) təxminən 15 milyon tona yaxın yük nəql edirik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …