Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Rusiya Azərbaycana raket satmaqdan imtina etdi – Risk qorxusu…

Rusiya Azərbaycana raket satmaqdan imtina etdi – Risk qorxusu…

Rusiya Azərbaycana “Bal-E” sahil raket kompleksi satmaqdan imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb kimi, həmin raketlərin Xəzər donanması üçün risk daşıya bilməsi göstərilib. 

Qeyd edilir ki, daha əvvəl Rusiya və Azərbaycan arasında “Bal-E” raket kompleksinin və 3M24 raketinin satışına dair saziş paraflanmışdı.

Lakin sonra Rusiya Müdafiə Nazirliyi müqavilə ilə bağlı xüsusi mövqe nümayiş etdirib və kompleksin Azərbaycana satışını “məqsədəuyğun” hesab etməyib. Hərbçilər belə qənaətə gəliblər ki, hətta raketlərin ixrac modifikasiyası belə Rusiya gəmiləri üçün potensial təhdid daşıya bilər.

“Belə bir arqumentlə mübahisə etmək faydasız idi, buna görə də, imzalanan saziş stoldan yığışdırıldı. Bizim mövqeyimiz eşidildi” deyə hərbi məmurlardan biri təsdiqləyib.

Nəşrə danışan digər yüksək vəzifəli mənbə isə bildirib ki, Rusiya eyni zamanda, həmin silahın Dağlıq Qarabağ münaqişəsində istifadə edilməsini istəməyib.

Daha əvvəl “Bal-E” kompleksinin ixrac modifikasiyasının ilk alıcısının Liviya olacağı ehtimal edilirdi. Lakin orada 2011-ci ildə başlayan vətəndaş müharibəsi ilə əlaqədar Rusiya buna embarqo qoydu.

Qeyd edək ki, Azərbaycanın Rusiya ilə strateji tərəfdaş olduğunu nəzərə alsaq, “Bal-E” raket kompleksinin Xəzərdə Rusiya üçün hansı təhdid yaradacağı sual yaradır.

Raket kompleksindən Qarabağda istifadə edilməsinə gəlincə, xatırladaq ki, Azərbaycan Belarusdan aldığı və Ermənistanın sahib olduğu “İsgəndər” komplekslərindən xeyli üstün olan “Polonez” reaktiv yaylım atəşi sistemlərinə və İsraildən aldığı “LORA” əməliyyat-taktiki raket kompleksinə sahibdir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …