Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Rus məmur itkin düşdü- Azərbaycanlının katerindən

Rus məmur itkin düşdü- Azərbaycanlının katerindən

Yuqra-Xantı-Mansiysk Muxtar Vilayəti qubernatorunun müavini Vitali Yermoşinin itkin düşməsinə dair işin təfərrüatları məlum olub.

 Aziforum.az ” oxu.az-a istinadən xəbər verir ki, o, gəzinti zamanı İrtış və Ob çaylarının qovuşduğu ərazidə katerdən yıxılıb. LifeNews-un məlumatına əsasən, məmurun yıxıldığı gəminin sahibi 55 yaşlı biznesmen Teyfur Heybətovdur.

Milliyyətcə azərbaycanlı olan Heybətov əyalətdə iri inşaat şirkətinin rəhbəri və mesenat kimi məşhurdur. O, yerli müəllim və məmurlara həvəslə yardım edir, bu dəfə də öz katerini Vitali Yermoşina ödünc verib.

Qeyd edilir ki, həmin gün kateri Yermoşin özü idarə edib. Grandezza markalı kater 5,5 milyon rubl dəyərindədir. İlkin dəyərləndirməyə əsasən çay gəzintisi zamanı gəmi saya oturub, qubernator müavini göyərtəyə çıxıb və oradan suya yıxılıb.

Yermoşinin axtarışları davam edir, amma hələ ki, bir nəticə verməyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın