Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Rus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcək

Rus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcək

“Öz ata-baba qəbirlərini ziyarətə gedərkən Ermənistan Ordusunun girov götürdüyü azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Rusiyaya dəfələrlə müraciət etmişəm. Hətta Şahbaz Quliyevin Rusiya vətəndaşı olduğunu da müraciət məktubunda xüsusi qeyd etmişəm. Təəssüf ki, bu müraciətlərin heç bir faydası olmadı. Ermənistan həmişəki kimi destruktivliyində qalır və mülki şəxsləri girovluqdan azad etmir. Bununla Ermənistan beynəlxalq hüquqa meydan oxuyur”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin Ermənistan tərəfindən girov götürülən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışarkən deyib.

Azərbaycanda yeni Ombudsmanın seçildiyini qeyd edən deputat ondan gözləntilərini də dilə gətirib:

“Artıq Azərbaycanda Ombudsman dəyişib. Yeni və çalışqan bir xanım Ombudsman seçilib. Azərbaycanlı girovların məsələsini yenidən gündəmə gətirmək və müzakirə etmək üçün mütləq yeni Ombudsman Səbinə Əliyeva ilə görüşəcəm”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, onlarla birlikdə gedən digər soydaşımız Həsən Həsənov isə güllələnərək, öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qondarma “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …