Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

“Rüfət Aslanlı hara baxır, intriqalar baş alıb gedir”

 “Kredit borcları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Kredit büroları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, keçən iclasda da deyildi ki, bu məsələ dövlətin və hökumətin diqqətindədir, müvafiq işlər gedir:

“Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır”.

Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib: “Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazananda niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.

Qeyd edək ki, bir müddət əvvəl mediada Maliyyə Bazarlarına Nəzarət Palatasında söz sahibinin sədr Rüfət Aslanlı deyil, icraçı direktor İbrahim Alışovun olduğu barədə məlumat yayılmışdı. R. Aslanlının formal olaraq həmin postda oturduğu qeyd olunurdu.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …